IOM - International Organization for Migration: The Migration Agency
 
 
   
    Training Training   History - Intervention Areas - Partners     Ongoing Projects in Azerbaijan     Press Briefing Notes - News Releases - Feature Stories - Opinion - Photo Stories - Video Clips - Media Cont     Career Opportunities - Internships     Career Opportunities - Internships  
 
 
    IOM Azerbaijan in Brief  

NEWS

   

Azerbaijan has been an IOM Member State
since 2001


 

About Kahriz


Botanical Slimming  More Info

Public service announcement

 Public service announcement has been produced and broadcasted in the framework of the project “Secondary school education in Armenia, Azerbaijan and Georgia to contribute to the prevention of trafficking in persons”.


Meizitang Download
 
 

Layihə təklifləri üçün elan

 İnsan alveri ilə mübarizə sahəsində fəaliyyətlərlə bağlı Bakı istisna olmaqla, Azərbaycanın digər şəhər və bölgələrində qeydiyyatdan keçmiş QHT/KİV konsorsiumları üçün

BMqT Tərəfindən Maliyyələşmə İmkanı

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi

Elanın verilmə tarixi: 05 mart 2014-cü il

Layihə təkliflərinin göndərilməsi üçün son tarix: 31 mart 2014-cü il saat 16:00.

Layihə təklifləri elektron poçt, faks və ya poçt vasitəsilə göndərilə bilər.

Son tarixdən sonra qəbul edilmiş layihə təklifləri nəzərə alınmayacaq.

  1. Layihə haqqında məlumat

Bu Layihə təkliflərinə dair elan ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarının potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara kömək edilməsi üzrə potensialların artırılması” Layihəsi çərçivəsində verilmişdir.

Vətəndaş cəmiyyəti, xüsusilə, Bakı xaricində fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyətlərin həyata keçirilməsi üçün tərəfdaşlar olaraq insan alveri ilə mübarizə sahəsinə töhfə verə bilərlər. QHT/KİV konsorsiumlarının insan alveri ilə mübarizə, qurban və potensial qurbanlara yardım edilməsi sahəsində aktiv tərəfdaşlar olması üçün təşəbbüslər irəli sürmək və maliyyə dəstəyi göstərmək məqsədilə BMqT, Bakı istisna olmaqla, Azərbaycanın digər şəhər və bölgələrindəki QHT-ləri və KİV nümayəndələrini layihə təkliflərini hazırlamağa və təqdim etməyə dəvət edir. 

  1. Layihə təkliflərinə dair elanın məqsədi

Bu Layihə təkliflərinə dair elanın məqsədi Bakı istisna olmaqla, Azərbaycanın digər şəhər və bölgələrində fəaliyyət göstərən QHT-lər və KİV nümayəndələrini konsorsiumlar yaratmağa dəvət etmək və maarifləndirmə, birbaşa yardımın göstərilməsi və insan alveri qurbanlarının inteqrasiyası və reinteqrasiyası üzrə layihələrini həyata keçirmək üçün dəstəkləməkdən ibarətdir.

Layihə təkliflərinə dair bu elan vasitəsilə BMqT Bakı istisna olmaqla, Azərbaycanın digər şəhər və bölgələri üzrə vətəndaş cəmiyyətini insan alveri ilə mübarizə, planlaşdırma, proqramlaşdırma və vəkillik üçün öz potensillarından səmərəli istifadə etmək üçün cəsarətləndirmək məqsədi daşıyır.

  1. Maliyyələşdirmə üçün uyğun fəaliyyətlər və digər meyarlar

3.1  Aidiyyəti proqram sahələri və fəaliyyətləri

Aidiyyəti proqram sahələri və fəaliyyətlərinəaşağıdakılar nümunə ola bilər, lakin bununla məhdudlaşmır. Müraciət edənlər proqram çərçivəsində dəstəklənən sahələrə uyğun innovativ ideyalar irəli sürməyə dəvət olunurlar.

Azərbaycanda hüquq-mühafizə orqanlarına təlim keçirilməsi və ya texniki köməklik ilə əlaqəli olan fəaliyyətlər bu Layihə təkliflərinə dair elanın əhatə dairəsinə daxil deyil.

3.1.1      İnsan alveri və məcburi əməklə mübarizə üzrə maarifləndirmə

Nümunələr

·         Əhali, xüsusilə, qadınlar, gənclər, özəl sektor və ya digər risk qrupları ilə fokus-qrup müzakirələri;
·         Sosial reklamların hazırlanması, yayımlanması və/və ya məlumatların yayılması;
·         Gənclər arasında  sərgilər, teatr oyunları və/və ya rəsm/inşa müsabiqələri;

3.1.2      İnsan alveri və məcburi əmək qurbanları və potensial qurbanlara birbaşa yardımın göstərilməsi

Nümunələr

·         Sığınacaq, məsləhət xidmətləri və digər yardım formalarının göstərilməsi;
·         Kazusların daha səmərəli şəkildə monitorinqi, aşkarlanması, istiqamətləndirilməsi üçün bölgələrdəki vətəndaş cəmiyyəti nümayəndələri üçün təlimlərin keçirilməsi və insan alveri və məcburi əmək qurbanları/potensial qurbanlara birbaşa yardımın göstərilməsi;
·         Gənc hüquqşünasların aidiyyəti bilik və bacarıqlarını genişləndirmək və dərinləşdirmək, hüquqi məsləhətlər vermək, həmçinin, insan alveri və məcburi əmək qurbanları və potensial qurbanlara yardım etmək üçün onların potensiallarını artıran seminarlar/görüşlərin keçirilməsi.

3.1.3      İnsan alveri qurbanlarının inteqrasiyası və reinteqrasiyası

Nümunələr

·         Qurbanların və potensial qurbanların daha yaxşı inteqrasiyası və reinteqrasiyasını təşviq edən təfərrüatlı araşdırma və hüquqlara əsaslanan yanaşma əsasında sənədli filmlərin çəkilməsi və məqalələrin dərc olunması;
·         Həyat tərzinin reabilitasiyası fəaliyyətləri vasitəsilə qurbanlara və potensial qurbanlara gəlir əldə edilməsi və/və ya həyat tərzi ilə bağlı digər dəstəyin göstərilməsi;
·         İnsan alveri və ya məcburi əməyə məruz qalmış şəxslərə qarşı cəmiyyətin ayrı-seçkilik münasibətinin və ya davranışının qarşısını almaq və ya dəyişdirmək  üçün mədəni tədbirlər və ya kampaniyalar.

3.2  Təklif olunan fəaliyyətlərin başlanma tarixi:  01 may 2014

3.3  Təklif olunan fəaliyyətin müddəti: minimum dörd ay və maksimum altı ay

3.4  Təklif olunan fəaliyyətin icra olunacağı yerlər: Bakı istisna olmaqla Azərbaycanın digər şəhər və bölgələri

3.5  Mümkün maliyyələşmənin ümumi məbləği: seçilmiş QHT və KİV konsorsiumları üçün cəmi 40 000 ABŞ dolları ayrılacaq

3.6  Hər müraciət üçün təklif olunan məbləğ: 10 000 ABŞ dollarını keçməməlidir

3.7  Müraciət edənlər üçün uyğunluq meyarları: Uyğun namizəd hesab olunmaları üçün təşkilatlar aşağıdakı meyarlara cavab verməlidirlər:

3.7.1      Bütün müraciətçilər konsorsiumlar yaratmalı və onun əsasında fəaliyyət göstərməlidir.

3.7.2      Hər bir konsorsium ən azı üç QHT, KİV təşkilatından (və ya sərbəst fəaliyyət göstərən KİV nümayəndəsindən) ibarət olmalıdır.

3.7.3      Bakı istisna olmaqla, yalnız Azərbaycanın digər şəhər və bölgələrində  qeydiyyatdan keçmiş QHT-lər müraciət edə və ya tərəfdaş ola bilərlər. Mərkəzi Bakıda yerləşən QHT-lərin Respublikanın digər şəhər və bölgələrindəki filiallarının müraciətləri nəzərə alınmayacaqdır. (Bu məqsədlə Qoşma 3 olaraq əlavə edilmiş müraciətçiyə dair məlumat formasını doldurun).

3.7.4      Hal-hazırda dövlət qulluqçusu statusunda olan şəxslər tərəfindən yaradılmış və/və ya idarə olunan QHT-lər, KİV-lərin layihə təklifi müraciətləri nəzərə alınmayacaqdır.

3.7.5      Müraciətçi/tərəfdaş yalnız bir müraciətdə iştirak edə bilər. Birdən çox müraciətdə iştirak edən müraciətçilərin/tərəfdaşların layihə təklifləri nəzərdən keçirilməyəcək və seçilməyəcək.

  1. Layihə təkliflərinin verilməsi prosedurları

4.1  Təkliflərin göndərilməsi üçün son tarix: 31 mart 2014, saat 16:00

4.2  Layihə təklifləri aşağıda qeyd edilən ünvanlara ingilis və ya Azərbaycan dillərində elektron poçt, poçt və ya faks vasitəsilə və ya şəxsən təqdim edilə bilər. Layihə təklifləri çap edilmiş şəkildə təqdim edilərsə, 3 nüsxədə göndərilməsini xahiş edirik.

·         Poçt və ya birbaşa təqdim etmək üçün ünvan: Azərbaycan, Bakı, Yaşar Hüseynov 18, AZ 1069, BMqT-nin Azərbaycandakı Nümayəndəliyi

·         Elektron poçt: iombaku@iom.int

·         Faks: 012 465 90 73

4.3  Layihə təkliflərinin göndərilməsi üçün bu formalardan istifadə olunmalıdır: təsviri, büdcə təklifi və müraciətçiyə dair məlumat formaları əlavə edilib

4.4  Diqqət

·         Layihə təklifləri verilmiş formalarda hazırlanmalıdır

·         Layihə təklifi formalarında tələb olunan bütün məlumatların tamamlanmaması həmin layihə təklifinin nəzərə alınmaması ilə nəticələnəcək.

·         Yuxarıda qeyd edilən son tarixdən sonra qəbul edilən layihə təklifləri nəzərə alınmayacaq.

4.5  BMqT üçün əlaqələndirici şəxs

Layihə təkliflərini göndərməzdən əvvəl müraciətçilərin bu qrant elanına dair hər hansı sualları yaranarsa, aşağıda qeyd edilən elektron poçt və ya faks ilə əlaqə saxlaya bilərlər. Nəzərə alın ki, suallar və cavablar telefon vasitəsilə ünvanlana bilər, lakin BMqT tərəfindən texniki suallara dair cavablar seçim prosesi və ya maliyyələşməyə dair yekun nəticəyə zəmanət vermir.

·         Xanım Könül Kərimova, Layihə köməkçisi

·         Tel: 012 465 90 71/72 (daxili 17)

·         Faks: 012 465 90 73

·         Elektron poçt: kkarimova@iom.int

  1. Layihə təkliflərinin qiymətləndirilməsi və seçim prosedurları

Ədalətli və şəffaf qiymətləndirmə, həmçinin, yekunda seçilmiş layihələrin maliyyələşdirilməsi üçün BMqT, layihə təkliflərinin qiymətləndirilməsi üçün İdarəetmə komitəsinin yaradılmasını təmin edəcək və komitə bu elan əsasında göndərilmiş qrant ərizələrinin nəzərdən keçirilməsi və təsdiqi ilə məşğul olacaq. İdarəetmə komitəsi BMqT-nin, digər müvafiq milli və beynəlxalq təşkilatların və donor təşkilatın nümayəndələrindən təşkil olunacaq.

  1. Maliyyələşmə prosedurları

BMqT, təklif olunan fəaliyyətləri dəstəkləmək üçün tələblərə cavab verən namizədlərə ən azı dörd qrant verilməsini nəzərdə tutur..Bu Layihə təklifinin tərkib hissəsi kimi təqdim edilmiş büdcəyə (Qoşma 2) və təsviri layihə təklifi formasına (Qoşma 1) əsasən fəaliyyətlərin həyata keçirilməsi üçün təsdiq edilmiş bütün xərclər BMqT-nin standart inzibati və maliyyə prosedurlarına uyğun olaraq maliyyələşdiriləcək.

 

Maliyyə vəsaiti 3 mərhələdə QHT/KİV konsorsiumları tərəfindən göstərilmiş bank hesabına köçürüləcək:

6.1  Birinci mərhələ təsdiq edilmiş vəsaitin 35%-ni əhatə edir və layihənin həyata keçirilməsinin başlanması ilə ödəniləcək;

6.2  İkinci mərhələ təsdiq edilmiş vəsaitin 35%-ni əhatə edir və layihə fəaliyyətlərinin 35%-nin tamamlanması, aralıq hesabatın təqdim edilməsi və təklif olunan fəaliyyətlərin layihənin birinci mərhələsi üçün uğurla həyata keçirilməsi şərti ilə ödəniləcəkdir;

6.3  Üçüncü və sonuncu mərhələ təsdiq edilmiş vəsaitin 30%-ni əhatə edir: seçilmiş hər bir konsorsium üçün layihə sənədində nəzərdə tutulmuş bütün fəaliyyətlərin tamamlanması və yekun təsviri və maliyyə hesabatlarının təqdim olunması ilə ödəniləcəkdir. Bu ödəmə yekun olacaq və dəyişiklik edilməyəcək. Ödəmə, yekun hesabatın BMqT-yə təqdim edilməsi və təsdiq edilməsi əsasında həyata keçiriləcək.

Təklif olunan layihələr bu elanda əks olunan tələblərə cavab verməzsə, BMqT hər hansı layihəni maliyyələşdirməmək hüququnu özündə saxlayır.

Müraciətçilər tərəfindən saxta məlumatların verilməsi və ya layihənin, həmçinin, ayrılmış vəsaitin yanlış idarəedilməsi aşkarlanarsa, BMqT, maliyyələşməni geri götürmək və ya dayandırmaq hüququna malikdir.

Qoşmalar

1.    Təsviri layihə təklifi forması

2.    Büdcə təklifi forması

3.    Müraciətçiyə dair məlumat forması

***

Təsviri layihə təklifi forması
Büdcə təklifi forması
Müraciətçiyə dair məlumat forması
     
 
  International Organization for Migration (IOM)

Home | Contact Us | Copyright & Disclaimer

  18, Yashar Huseynov, Baku, AZ-1069, Azerbaijan, Tel. +994.12.465.9071/72, Fax: +994.12.465.9073